!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin milli azlıqları seçimlərini etdilər: əşirətlər “Bəli” deyir

!Reklam – Yazi

Türkiyədə bu il aprelin 16-da keçiriləcək Konstitusiya referendumu çərçivəsində start götürən təbliğat kampaniyasının gedişində “Bəli” tərəfdarlarının sırası sürətlə genişlənir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin şərq və cənub-şərq ərazilərində yaşayan milli azlıqların liderləri referendumla bağlı seçimlərini bəyan etməkdədirlər.

Məlumata görə, referendumla əlaqədar mövqeyini açıqlayan Türkiyənin ən böyük milli azlığı hesab olunan 3 milyonluq İzol əşirətinin lideri Abdullah Yalçın aprelin 16-da ölkənin yeni tarix yazacağını bildirib:

“İçimizdəki düşmənləri təmizləmək üçün “Bəli” deyirik. Biz izollar türk, kürd, sünni və ələvi mədəni xüsusiyyətləri olan bir əşirətik. Keçmişdən bu yana hər zaman dövlətin maraqları üçün çalışdıq. Ölkəmizin gələcəyi və daha effektli idarə edilməsi baxımından, yeni sistem çox faydalı olacaq. Prezident üsul-idarəsinin ölkədə birlik və həmrəyliyi daha da artıracağına inanırıq. Ölkəni düşünən hər kəsin referendumda “Bəli” deməsi lazımdır”.

Əsasən, Şırnak vilayəti olmaqla, Hakkari, Van, Siirt, Mersin, Adana, İstanbul bölgələrində məskunlaşan 100 minlik tatar ve jirki icmalarının liderləri də referendumda “Bəli” mövqeyinin qalib gələcəyi qənaətindədirlər. Tatar icmasının lideri Aslan Tatar icma üzvlərinin Prezident Ərdoğana dəstək məqsədi ilə “Bəli” deyəcəklərini bildirib:

“Ölkədə sabitlik və rifah üçün, Prezident Ərdoğana dəstək üçün “Bəli” deyəcəyik. Səngər, barrikada və xəndək siyasəti ilə Şırnakdan təmizlənən HDP və PKK indi də “Xeyr” deyənlərin önünə keçməyə çalışır. Ancaq Şırnakda terror şəbəkəsinə qarşı hiddət güclüdür. Şırnakda “Bəli” deyənlərin sayı 90 faiz civarında olacaq”.

Jirki icmasının rəhbəri Tahir Adıyaman da ölkədə sabitlik və inkişafın dönməzliyini təmin etmək üçün referendumda “Bəli” deyəcəklərini bəyan edib.

Cənub-şərq bölgələrində məskunlaşmış ərəb əşirətləri də referendumda “Bəli” mövqeyini dəstəkləyəcəklərini bəyan ediblər. Ubadə əşirətinin lideri Mahmut Yılmaz bildirib ki, icmanın 40 min nəfər üzvü referendumda “Bəli” deyəcək:

“Prezident Ərdoğan bir dünya lideridir. Biz onun üçün “Bəli” deyəcəyik. Ərdoğan 15 iyulda bu ölkəni xainlərdən təmizlədi”.

Yeniçağ.Az

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv