Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu ölkədə ola azərbaycanlı qaziləri qəbul edib.
Yenicag.az-ın yerli bürosu xəbər verir ki, nazirlikdəki qəbulda Baş Qərargah rəisi general-polkovnik Mətin Gürak, Dəniz Qüvvələri komandanı Ərcümənt Tatlıoğlu, Quru Qoşunları komandanı general-polkovnik Səlcuq Bayraqdaroğlu və Hava Qüvvələri komandanı general-polkovnik Ziya Camal Qadıoğlu da iştirak edib.
Qeyd edək ki, bir qrup Vətən müharibəsi qazisi Türkiyədə səfərdədir.