Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir:

“Qardaşımız, əzizimiz, Azərbaycanımız.

Müstəqillik gününüz mübarək.

Dağlıq Qarabağı Ermənistan işğalından azad etmək üçün yürütdüyü hərəkatda qardaşlarınız olaraq yanınızdayıq və hər zaman da yanınızda olacağıq. Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq!”