Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyənin müdafiə müəssisələri dünya nəhənglərinin siyahısında...

Müdafiə sənayesi məhsullarının istehsalında ixtisaslaşmış Türkiyə şirkətləri dünyanın əsas hərbi-sənaye müəssisələrinin siyahısına daxil olub.

Yenicag.az «Defense News»a istinadən xəbər verir ki, Aselsan, RAI və Roketsan dünyanın ən nəhəng 100 şirkəti arasında yer alıb.

Məlumata görə, 2016-cı ildə Aselsan gəlirlərini 17% artıraraq 1,19 milyard dollarlıq gəlirlə siyahıda 57-ci yerdə qərarlaşıb. Türkiyənin TAİ müdafiə müəssisəsi isə gəlirlərini 22% artıraraq (1,08 milyard dollar) siyahıda 11 pillə irəliləyib və 61-ci sırada yer alıb. Roketsan müdafiə şirkəti isə 363 milyon dollarlıq gəlirlə siyahıda 98-ci yerin sahibi olub.

Qeyd edək ki, dünyanın müdafiə sənayesi nəhəngləri siyahısında ilk üçlüyü ABŞ-ın Lockheed Martin (illik gəlir 43,4 milyard dollar), Boeing (illik gəlir 29,5 milyard dollar) və BAE Systems (illik gəlir 23,6 milyard dollar) şirkətləri tutub.

100 nəhəng şirkətin ümumi illik gəliri 364 milyard dollar təşkil edir. Statistikaya əsasən, 2016-cı ildə dünya ölkələri silahlanmaya 1,6 trilyon dollar sərf ediblər.

Yenicag.az

www.yenicag.az

449
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM