Türkiyənin müdafiə naziri: “Rusiya Xarkova doğru irəliləyə bilər”

“Rusiya və Ukraynanın mövqeləri fərqlidir”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Taxıl sazişinin davam edəcəyini düşünürük. Rusiyanın Xarkova doğru hərəkətlənməsi ola bilər. Eyni zamanda nüvə riski də var”, – o vurğulayıb.