!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin NATO-dan çıxması bloku xeyli zəiflədəcək” – Qriqori Mavrov

!Reklam – Yazi

“Müəyyən ziddiyyətlərə baxmayaraq, Türkiyənin NATO-da qalması Ankaranın xeyrinədir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ-ın Türkiyəyə yönəlik son jestlərini dəyərləndirən Ukraynalı şərqşünas, politoloq Qriqori Mavrov deyib.

– ABŞ-ın terrorçu PKK liderlərinin başına pul mükafatı təyin etməsi nə ilə bağlıdır? Ankara bu məsələdə Vaşinqtona nə qədər inanır?

– İndiki vəziyyətdə Vaşinqton öz siyasətində balans yaradaraq, Türkiyəyə “dostluq jestləri” etməyə çalışır. Buna qədər ABŞ Türkiyənin ədliyyə naziri Əbülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyaları ləğv etdi, eyni zamanda, İran əleyhinə qüvvəyə minən sanksiyalarla əlaqədar Ankara üçün yüngülləşdirici vəziyyət yaratdı.

Türkiyənin amerikalı tərəfdaşlarının bu hərəkətlərinin səmimi olmadığını düşünməsi artıq başqa məsələdir. Hazırda Ankara üçün əsas problem Vaşinqtonun PYD-YPG-yə dəstəyini dayandırmağa nail olmaqdır. ABŞ isə buna getmədiyi üçün belə kiçik “hədiyyə”lərlə xalq deyimi ilə söyləsək, gözə kül üfürməyə cəhd göstərir.

– Ankaranın NATO üzrə müttəfiqləri ilə ciddi fikir ayrılıqlarının olduğu Suriya böhranı Türkiyənin alyansdan çıxmasına təkan verə bilər?

– Məncə, bu, istisnadır. Ümumiyyətlə, NATO daxilində kifayət qədər problemlər mövcuddur və əksər ekspertlər bu fikirdədirlər ki, bu alyansda ciddi islahatlara ehtiyac var. Bununla belə, NATO Türkiyənin müdafiə qabiliyyətinin təmin olunmasında həlledici amildir. Türkiyənin müdafiə sənayesi hələ ki ölkəni zəruri silah-sursat və texnologiya ilə təmin etmək iqtidarında deyil.

Ona görə də, müəyyən ziddiyyətlərə baxmayaraq, Türkiyənin NATO-da qalması Ankaranın xeyrinədir. Eyni zamanda, Türkiyə NATO-da qalmaqla, tərəfdaşlarına yönəlik manevr və təzyiq imkanlarını da qoruyub saxlayır. NATO-da başa düşürlər ki, Türkiyənin blokdan çıxması alyansı zəiflədərək, Rusiyanın güclənməsinə səbəb olacaq. Bu isə status-kvonun dəyişməsinə və Türkiyənin Rusiyadan asılılığına – o cümlədən Suriyada – gətirib çıxaracaq.

Söhbətləşdi: Qafqaz Ömərov

www.yenicag.az

2842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv