!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin nəqliyyat naziri: “Bakı-Tbilisi-Qars dəmir yolu iyun ayında açılacaq”

!Reklam – Yazi

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin həyata keçirilməsini şərh edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yolun açılışı bu ilin iyun ayına planlaşdırılır.

Ə.Arslanın sözlərinə görə, BTQ Türkiyənin şərq əyalətlərinin iqtisadi inkişafına töhfə verəcək: “Türk istehsalçılarının məhsulları Qarsdakı loqistik mərkəzdən dünyanın müxtəlif ölkələrində çatdırılacaq, bu da çatdırılma prosesini sürətləndirəcək və məhsulun maya dəyərini azaldacaq”.

Layihənin detallarına gəlincə, nazir qeyd edib ki, Qarsdan Bakıya bir dəmiryol xətti fəaliyyət göstərəcək, sonrakı mərhələdə daşımalar Qazaxstan və Türkmənistanın üzərindən Çinə qədər davam etdiriləcək. “Söhbət dəmir yolu vasitəsilə çox böyük həcmdə daşımalardan gedir”, – Arslan bildirib.

Yeniçağ.Az

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv