Türkiyənin o məşhur filminin Azərbaycanla bağlı bölümü yalnız Yenicag.az-da!

fft81_mf3468767“Kod adı Koz”. Türkiyənin hazırda müzakirə etdiyi bir film. Fətullah Gülən Şəbəkəsinin dövlət içində necə “dövlət” qurduğunu xırda detalına qədər işləndiyi filmdə Camaatın necə dindən istifadə etdiyini, şantaj kassetləri ilə bürokratları özlərinə işlətdiklərinə dair bölümlər var.

Heç şübhəsiz ki, filmin ən maraqlı bölümlərindən biri də Azərbaycan ilə bağlıdır. Gülənin (filmdəki adı Mehdi Hocaəfəndi) Azərbaycandakı məktəblərinin iç üzünü anladan hissələrdə məktəbin başındakı şəxsin – Enesin əslində başqa məqsədlər üçün gəldiyi, Quran deyə əl basdığı kitabqabının əslində gizli sənəd qabı olduğu görülür.

Filmdə Azərbaycana göndərilən şəxs Hocaəfəndi tərəfindən göndərildiyini və xüsusi missiyasına görə, sevgisindən vaz keçdiyi bildirilir.

Filmdə məktəbin rəhbəri oğurlatdığı sənədləri geri almaq istəyərkən keçmiş sevgilisi – MİT agenti tərəfindən öldürülür.

Bütün bunları Yenicag.az-ın hazırladığı videodan izləyə bilərsiniz.

Qeyd edək ki, görüntülər həvəskar video ilə çəkildiyi üçün video keyfiyyət aşağı olsa da, filmdəki danışıqlar videonun keyfiyyətini unutduracaqdır. 

Yenicag.az-ın Youtube hesabından fətullahçıların şikayəti üzrə qaldırıldığı üçün yeni hesabdan videonu izləyə bilərsiniz:

 

 

COP29