!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin öz hərbi kontingentini Suriyadan çıxaracağına dair iddiaların ortaya gəlməsi...” – MÖVQE

!Reklam – Yazi

“Suriyanın şimalında təhlükəsizliyin təmin olunmasında da əsas yük Türkiyənin üzərindədir”.

Bu fikirləri Suriyanın şimalında yerləşdirilən Türkiyə hərbi kontingentinin oradan çıxarılacağı haqda iddiaları dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə Türkiyənin Suriyadakı hərbi mövcudluğuna son qoyması real görünmür:

“Əslində, bu iddiaların indiki ərəfədə dövriyyəyə buraxılması haradasa, təəccüblü deyil. Çünki Türkiyə seçki dönəminə daxil olub və bölgədə maraqları olan dövlətlər bu ərəfədə öz maraqlarına uyğun dəyişiklikləri reallıq kimi təqdim etməyə cəhd göstərirlər.

Bildiyiniz kimi, Türkiyənin Suriyada hərbi mövccudluğu təhlükəsizlik amili ilə şərtlənir. Yəni rəsmi Ankara öz sərhədlərinin terrorçulardan qorunması üçün Suriyaya qoşun yeridib. Eyni zamanda Suriyanın şimalında təhlükəsizliyin təmin olunmasında da əsas yük Türkiyənin üzərindədir.

Yəni indiki şəraitdə Türkiyənin öz hərbi kontingentini Suriyadan çıxarması üçün tələb olunan şərtlər yerinə yetirilməyib. Həmçinin Rusiya və ABŞ də üzərlərinə götürdükləri öhdəliklərin əhəmiyyətli qismini yerinə yetirməyib. Belə bir vəziyyətdə Türkiyənin Suriyadakı hərbi mövcudluğuna son qoyması real görünmür. Ona görə də bununla bağlı iddiaları ciddiyə almağa ehtiyac yoxdur”.

A.Zeynalov

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv