Türkiyənin “Patriot”lardan üstün olacaq yeni SİLAHI

Türkiyə müasir standartlara cavab verən hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməkdə davam edir.

Yenicag.az xəbər verir ki, HİSAR layihəsində yer alan HİSAR-U (SİPER) hava hücumundan müdafiə sisteminin tamamilə hazır olduqdan sonra Rusiya “Patriot”larından daha yaxşı olacağı iddia edilir.

HİSAR-U-nun ilk prototipinin bu ilin sonunda hazırlanması planlaşdırılır. Sistemin maksimum mənzili 150 kilometr olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə HİSAR-O+ zenit raket kompleksinin sınağını uğurla gerçəkləşdirib.