!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Rusiya-Ukrayna münasibətində VASİTƏÇİLİYİ: "Bu, NATO tərəfindən alqışla qarşılanmalıdır" - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Türkiyənin Rusiya ilə münasibətləri və Putinin vasitəçilik üçün Türkiyəni seçməsi də NATO tərəfindən alqışla qarşılanmalıdır”.

Bu sözləri Türkiyənin Ukrayna-Rusiya arasında vasitəçilik etməsinin indiki dönəmdə uğursuz olacağı, bunun 2008-ci ildə Gürcüstan-Rusiya məsələsində etdiyi vasitəçilik zamanı Türkiyənin NATO-da ciddi nüfuzunun olması ilə əlaqələndirilməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Türkiyənin ABŞ ilə münasibətləri yaxşı olmasa da, NATO-da nüfuzu güclüdür:

“Düşünürəm ki, burada subyektiv dəyərləndirmə var. Türkiyənin sabiq Baş naziri, hazırda Gələcək Partiyasının sədri Əhməd Davudoğlu bu məsələlərə müxalif mövqedən yanaşır. Onun “Türkiyənin NATO-da əvvəlki nüfuzu yoxdur” söyləməsi sırf subyektiv yanaşmadır. Türkiyə NATO-dan çıxmayıb, münasibətləri həmişə yüksək səviyyədə olub. NATO-nun baş katibi dəfələrlə çıxışında bildirib ki, Türkiyə NATO-nun aparıcı qüvvələrindən biridir və biz onunla əməkdaşlığa böyük əhəmiyyət veririk. NATO-nun yalnız bir dövləti ilə – ABŞ ilə Türkiyə arasında soyuqluq hiss edilir. Bu da ABŞ-nin Türkiyəyə qarşı ikili standartla yanaşmasına görədir. ABŞ təkidlə Türkiyənin Rusiyadan aldığı S-400-dən imtina edilməsini tələb edir. Eyni zamanda da Türkiyə ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemini almaq istədikdə isə, bunu satmaqdan imtina etmişdi. Yəni, ABŞ Türkiyəni hava hücumundan müdafiə sistemi olmadan taleyin ümidinə buraxmaq istədi. Türkiyə isə məcbur olub Rusiyadan hava hücumundan müdafiə sistemi aldı.

Son vaxtlar Türkiyənin regional güc kimi mövqeyi artıb və bunu NATO ölkələri də görür. Rusiya-NATO münasibətlərinin nizama salınmasında Türkiyənin böyük xidməti ola bilər. Bunu yalnız ABŞ və Fransa kimi ölkələr müəyyən etirazla qarşılaya bilərlər”.

Səxavət Məmməd

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv