Türkiyənin keçmiş iqtisadiyyat naziri və CHP-li sabiq deputat Kemal Derviş dünyasını dəyişib.
Yenicag.az “NTV”yə istinadən xəbər verir ki, 74 yaşlı keçmiş nazir ABŞ-də Parkinson xəstəliyindən müalicə alıb.
Məlumata görə, son 3 ay ərzində onun səhhəti pisləşib.
Qeyd edək ki, o, 2001-2002-ci illərdə Türkiyənin iqtisadiyyat naziri vəzifəsini icra edib.