Türkiyənin sabiq səfiri “YAŞAT” Fonduna ianə edib

Türkiyənin Azərbaycanda sabiq səfiri Hulusi Kılıç “YAŞAT” Fonduna ianə edib.

Yenicag.az xəbər verir ki, o, Bakıda keçirilən “Zəfər Yarmarkası”nı ziyarət edib.

Yarmarkada nümayiş edilən hərbi texnikalarla tanış olan H.Kılıç “YAŞAT” Fonduna pul köçürüb. O, bu günə qədər kitab satışından əldə etdiyi gəlirlərdən Fonda ümumilikdə 12 min manat ianə edib.