!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin sayəsində zənginləşənlərin öz sərvətlərini xaricə daşımaları Vətənə xəyanətdir” – Mübariz Mənsimov

!Reklam – Yazi

“15 il ərzində sərvətlərini on dəfə artıranların indi Türkiyəyə sahib çıxmaq zamanıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Qərbin Türkiyəyə iqtisadi basqısına münasibət bildirən “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov deyib.

Mübariz Mənsimovun sözlərinə görə, 15 iyul çevriliş cəhdinə dəstək verən beynəlxalq güclər indi də iqtisadi müstəvidə Türkiyəyə qarşı hücuma keçiblər. Mənsimov iş adamlarına səslənərək, öz kapitallarını Türkiyəyə yatırmalı olduqlarını bildirib:

“Zaman Türkiyənin zamanıdır. 15 il ərzində sərvətlərini on dəfə artıran iş adamları bu ərəfədə pullarını xaricə yönəltmək əvəzinə ölkəyə gətirməlidirlər”.

Bütün şirkətlərin baş ofislərini Türkiyəyə köçürdüklərini deyən Mənsimov həmkarlarını da analoji addıma çağırıb:
“Mən Türk əsilli azərbaycanlıyam, Türkiyə vətəndaşıyam. Türkiyənin son 15 ildə sürətlə inkişaf etməsi əlbəttə ki, bəzi şər yuvalarını ciddi şəkildə narahat edib. Əslində, bu proses indi başlamayıb. Son 3 ildə qara buludları Türkiyənin üzərinə yönəldən qüvvələr hər dəfə məğlubiyyətə düçar oldular”.

Mənsimov son günlərdə dolların bahalaşmasından sui-istifadə edənləri və pullarını ölkədən çıxaranları “vətən xainləri” adlandırıb:

“Azərbaycan ən böyük investisiyalarını qardaş Türkiyəyə yatırdığı halda, Türkiyənin sayəsində daha çox zənginləşən şəxslərin öz sərvətlərini ölkədən xaricə daşımaları Vətənə xəyanətə bərabərdir”.

www.yenicag.az

2883
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv