Türkiyənin şəhidləri var…

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində daha 3 şəhid verib.

Yenicag.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

3 əsgər əldəqayırma bombanın partlaması nəticəsində dünyasını dəyişib. Partlayış zamanı eyni sayda da əsgər yaralanıb.

Bundan başqa, Türkiyənin Bitlis əyalətində PKK terroçularına qarşı aparılan əməliyyat zamanı da 1 əsgər şəhid olub, biri isə yaralanıb.