Türkiyənin Səhiyyə nazirindən azərbaycanlı qazilərlə bağlı AÇIQLAMA

“Azəri qardaşlarımızdan 3 qazini biz müalicə edirik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri keçirilən mətbuat konfransında Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca səsləndirib.

Nazir qeyd edib ki, iki ölkə arasında imzalanan anlaşmalara uyğun olaraq 4 azərbaycanlı xəstə Türkiyədə müalicə alır:

“Azəri qardaşlarımızdan 3 qazini biz müalicə edirik. Vəziyyətlərində kritiklik yoxdur. Səhiyyə ilə bağlı Azərbaycanla ikitərəfli anlaşmalarımız var. Bu anlaşmalar çərçivəsində hal-hazırda 4 xəstəni müalicə edirik. Azəri qardaşlarımızı vətəndaşlarımızdan əsla ayırmırıq. Götürdüyümüz öhdəliyi həssasiyyətlə yerinə yetiririk. Həm pandemiya dönəmində, həm də daha öncə səhiyyə ilə bağlı əməkdaşlığa açıq olmuşuq və olacağıq da”.