Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə siyasi zəlzələ – Fidan və Gül imtina etdi

fft81_mf2008428 Türkiyənin ən sensasiyalı namizədi olan MİT rəhbəri Hakan Fidandan sürpriz addım. Yenicag.az xəbər verir ki, Hakan Fidan bu gün namizədliyini geri çəkib. Qeyd edək ki, Fidanın deputat seçiləcəyi təqdirdə ən önəmli nazirlərdən biri olacağı söylənirdi. Lakin prezident Әrdoğan “sirr qutum” dediyi Fidanın deputatlığına qarşı çıxmışdı.

Artıq Hakan Fidanın yeni vəzifəsi bəlli olub. O, köhnə vəzifəsinə-Milli İstihbarat Təşkilatının rəhbərliyinə təyin olunub.

***

Türkiyə siyasəti iyul seçimləri gəlmədən qızışmağa başladı. Hakan Fidanın ardınca 11-ci cümhurbaşqanı Abdullah Gülün də seçkilərə qatılmayacağı xəbəri gəldi. Yenicag.az xəbər verir ki, bir müddət öncə siyasətə dönəcəyi və millət vəkili olacağı söylənilən Abdullah Gül namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Bu barədə jurnalist Taha Akyolun yazdığına görə, Gül daha çox beynəlxalq arenada və platformlarda Türkiyəni təmsil edən bir proyekt üzərində çalışmaqdadır.

Gülün prezidentliyinə bir gün qalmış AKP-nin qurultayının keçirilməsi ilə bağlı incikliyinin keçmədiyini dilə gətirən yazar sabiq prezidentin hazırda beynəlxalq təşkilatlardan gələn təklifləri dəyərləndirdiyini yazıb.

Qeyd edək ki, Ərdoğanın onun namizədliyi ilə bağlı “yaşıl işıq” yandırmasından sonra partiya daxilindəki tərəfdarları onun baş nazir və ya məclis başqanı ola bilmə ehtimalını müzakirə edirdilər.

Göründüyü kimi, Hakan Fidanın millət vəkilliyindən vaz keçməsi ilə paralel olaraq, Gül də deputat olmaq istəmədi.

Yenicag.az

www.yenicag.az

460