Türkiyənin şərqində qadağalar tətbiq edildi: Şəhərlərə giriş-çıxışlar bağlandı

Türkiyə tarixinə “Kobani hadisələri” kimi yazılan 2014-cü ildə baş vermiş qarşıdurmalarda təqsirli bilinən şəxslərə hökm oxunmasından sonra ölkənin şərqindəki şəhərlərdə bəzi qadağalar tətbiq edilib.

Yenicag.az xəbər verir ki, Diyarbəkir, Van, Şırnak, Haqqari, Batman, Mardin və Qarsda aksiyalar, kütləvi toplanışlar qadağan edilib.

Bundan başqa, bel\ aksiyalara qatılmaq üçün şəhərlərə gələnlərin giriş-çıxışlarına məhdudiyyət tətbiq olunub.

Qadağaların mayın 20-nə qədər keçərli olduğu bildirilir.

Qeyd edək ki, PKK terror təşkilatının siyasi qolu hesab edilən Xalqların Demokratik Partiyasının (keçmiş HDP, hazırda DEM Partiya adını daşıyır – red.) keçmiş həmsədri Səlahəddin Dəmirdaşa dövlətin birliyini və bütövlüyünü pozmağa cəhdə görə 43 il 8 ay həbs cəzası verilib. Qadağaların tətbiq edilməsi bu qərardan sonra mümkün etiraz aksiyalarının qarşısını almaq üçün qəbul olunub.

COP29