Türkiyənin Suriya ilə sərhədində Şanlıurfada keçirilən xüsusi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, əməliyyat çərçivəsində 65 kiloqram partlayıcı maddə, eləcə də radioqəbuledici qurğular aşkar edilib.
Qarşısı alınan terror aktı PKK terror təşkilatı üzvləri tərəfindən hazırlanıbmış.