“Bu günədə Suriya və İraqın şımalında keçirilən “Pəncə-Kilid” əməliyyat zamanı 491 terrorçu öldürülüb”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, bir sıra dövlətləri terrorçuları dəstəkləməkdən əl çəkməyə çağırıb: “Onların əməkdaşlıq edə biləcəkləri tərəf Türkiyə olmalıdır”.
Nazir həmçinin bildirib ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da lazımi addımları atmağa davam edəcək.