!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Suriyada 10 minlik ordu planına Rusiya və İran nə deyəcək?

!Reklam – Yazi

15870835_788904014591440_1405461336_nTürkiyənin Azad Suriya Ordusunun (ASO) bazasında 10 min nəfərlik hərbi kontingent yaratmaq hazırlığında olduğu bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə ard-arda törədilən terror aktlarının əsas səbəblərindən biri də Ankaranın Suriyada cərəyan edən proseslərdə öz maraqlarını sona qədər qorumaq əzmidir. Qeyd olunur ki, Suriyada mövqeyini möhkəmləndirməyə çalışan İran ve Rusiya Əsəd rejiminin hərbi qüvvələri, “Hizbullah” və şiə milisləri vasitəsilə öz siyasətlərini yürüdür. ABŞ Suriya müxalifətinə və Türkiyəyə arxa çevirərək, PKK-nın Suriya qolu olan YPG-ni gücləndirir. Türkiyə isə Suriya müxalifətinə dəstək verərək, onlarla birgə hərəkət edir. Bildirilir ki, yaranmış şəraitdə Türkiyə ABŞ-ın mövqeyini nəzərə almadan ASO-nun gücləndirilməsinə yönələn ciddi addımlar atmaqdadır və 10 min nəfərlik ordu hazırlığı da Ankaranın indiki situasiyaya adekvat yanaşması kimi qiymətləndirilir.

Hesab edilir ki, iki həftədən sonra səlahiyyətlərinin icrasına başlayacaq ABŞ-ın yeni prezidenti Donald Tramp da Türkiyənin bu təşəbbüsünü böyük ehtimalla dəstəkləyəcək. Çünki Suriyada atəşkəsin əldə olunmasından sonra döyüşən qruplaşmalardan yalnız İŞİD meydanda qalacaq və onun sıradan çıxarılmasında Türkiyə həlledici rol oynaya bilər. Eyni zamanda, Ankara planının dəstəklənməsi ABŞ-a Türkiyə ilə müttəfiqlik münasibətini yenidən bərpa etməyə imkan yaradacaq.

Ankaranın Suriyada 10 min nəfərlik ordu qurmaq niyyətini Yeniçağ.Az-a şərh edən Türkiyənin “Strategic Outloook” qurumunun rəhbəri doktor Yusuf Çınar bildirib ki, bu planın ortaya çıxması indiki reallıqdan irəli gəlsə də, onun həyata keçirilməsi bir sıra amillərdən asılıdır:

“Türkiyə Suriya müxalifətinin gücləndirilməsi üçün müəyyən təlim proqramları gerçəkləşdirsə də, o layihələr gözlənilən nəticəni verməmişdi. Qeyd edək ki, həmin proqramların effektli olmamasının səbəbi onların İŞİD-in çox güclü dönəmlərində icra olunması idi. Lakin bu çərçivədə gedən son proseslər Azad Suriya Ordusunun (ASO) gücünü və döyüş qabiliyyətini artırıb.

ASO-nun bölgə əhalisi hesabına gücləndirilməsi həm də İŞİD-dən azad edilən ərazilərin yenidən bu terror şəbəkəsinin əlinə keçməsinin qarşısını ala bilər. Ancaq burada bir nüans mütləq nəzərə alınmalıdır. Bu da ondan ibarətdir ki, İŞİD bölgə əhalisinin müəyyən hissəsi tərəfindən dəstəklənir. O zaman sual yaranır: ASO-nun bazasında 10 min nəfərlik ordu yaratmaq üçün canlı qüvvə tapılacaqmı? Əgər ASO o sayda könüllünü sıralarına cəlb edə bilsə, Türkiyənin dəstəyi ilə onlara yüksək səviyyədə təlim keçər və azad etdiyi ərazilərin təkrar İŞİD tərəfindən zəbt olunmasına imkan verməz.

10 min nəfərlik ordu məsələsində nəzərə alınmalı başqa amil də var: Rusiya və İran bu məsələyə necə yanaşacaq? Ona görə də bu barədə daha konkret danışmaq üçün dediyim məqamlara aydınlıq gəlməlidir”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv