Türkiyənin tanınmış aktrisası özünü öldürdü

Türkiyənin tanınmış aktrisası Merve Qayaalp özünü öldürüb.

Yenicag.az DHA-ya istinadən xəbər verir ki, 36 yaşlı aktrisa atasının silahı ilə yaşadığı Muğla şəhərinin Dalaman rayonundakı evində intihar edib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları aktrisanın cansız bədəni ilə qarşılaşıblar.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, Mərve Qayaalp “Sakarya Fırat”, “Küçük Kıyamet”, “Düşler ve Umutlar”, “Elif”, “Şeref Meselesi”, “Savaşçı” kimi film və seriallarda rol alıb.