Türkiyənin tanınmış modelyeri vəfat etdi – FOTO

Türkiyənin tanınmış modelyeri Nur Yerlitaş vəfat edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən N. Yerlitaş 2019-cu ildə baş beyin nahiyəsindən cərrahiyyə əməliyyatı olunub.

Əməliyyatdan sonra hər gün kimyaterapiya müalicəsi alan 65 yaşlı tanınmış modelyer bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki,  O, Türkiyə telekanallarında “Bak Kim Dans Ediyor” , “Yemekteyiz” , “Bu gün Ne Giysem” , “Bu Tarz Benim” , “İşte Benim Stilim”  kimi proqramlarda münsiflərdən biri olub.