Türkiyənin terrora qarşı mübarizəsi davam edir – 2 ÖLÜ

Türkiyə Ordusu “Zeytun Budağı” bölgəsinə hücuma cəhd edən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Nazirliyin sosial media hesabında qeyd olunub: “Sülh və təhlükəsizlik mühitini pozmaq istəyən PKK/YPG terrorçularının hücum cəhdlərinə sərt cavab verməyə davam edirik. Qəhrəman komandolarımız “Zeytun Budağı” bölgəsinə hücuma cəhd edən 2 PKK/YPG . terrorçularını zərərsizləşdirib”.