Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, cari ilin 1-29 sentyabr müddəti ərzində Antalya və Qazipaşa hava limanları vasitəsi ilə regiona 1877,5 min turist gəlib.
Ötən ilin analoji göstəricisi ilə müqayisədə turistlərin sayı 25 faiz artıb.
“Yanvarın 1-dən sentyabrın 29-dək regiona 11,4 milyon turist gəlib.
2017-ci illə müqaisədə, bu il göstərilən müddət ərzində Antalya 2416,1 min turist daha çox qəbul edib.