Türkiyə Paralel Dövlət Terror Örgütü lideri Fətullah Gülənin Pensilvaniyadan çıxarılmasında maraqlıdır. Bu səbəbdən də Pensilvaniya üçün üç mərhələli bir strateji plan hazırlanıb. Yenicag.az xəbər verir ki, bunun üçün aşağıdakı mərhələlər nəzərdə tutulub:
- Qırmızı bülleten çıxarılması.
- ABŞ-dan deportasiya etdirilmək.
- Gülənin Türkiyəyə qaytarılmasını təmin etmək.
Türkiyə Gülənin ABŞ-dan çıxarılaraq, mühakimə oluna bilməsi üçün öncəliklə, “qırmızı bülleten çıxarmaq” və “deportasiya etdrimək” planlarına üstünlük verəcək. FETÖ haqqında Ədalət Nazirliyi tərəfindən dörd dosya hazırlanıb. Bu məhkəmə sənədlərinin hamısının sonucunda Gülənin ölkəyə qaytarılıb mühakimə olunması istənilir.
Güləni qoruyanların İnterpol üzərində təzyiq mexanizmlərini işə salaraq, bu məhkəmə qərarlarının siyasi olması ilə bağlı rəy çıxarmasının qarşını almaq üçün həmin qırmızı bülletenlərdə Gülən örgütünün siyasi bir hərəkat olmadığı, şiddətdən istifadə etmiş, insane təməl haqq və azadlıqlarını təhdid edən bir terror örgütü olduğu anladılacaq.
Bu məsələdə Gülən əleyhinə Türkiyədə açılan məhkəmə davaları ilə yanaşı ABŞ-da davam edən məhkəmə prossesinin də mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.
Bu arada isə Gülən örgütünə qarşı Türkiyədə əməliyyatlar davam edir. Səhər Çanaqqalada keçirilən əməliyyat nəticəsində Çanaqqala On Səkkiz Mart Universitetitinin sabiq rektoru Sedat Laçiner və onlarla fətullahçı həbs olunub.
Qeyd edək ki, fətullahçı rektor şiələrə olan nifrəti ilə də tanınır. Onun “xristianlar şiələrdən daha yaxşıdır. ”, “xristianlar əhli-kitabdır, şiəlik isə sapıqlıqdır” sözləri Türkiyədəki cəfəri cameəsi tərəfindən hiddətlə qarşılanmışdı.