Türkiyənin Ukraynadakı səfirliyi Çernovtsıya köçürüldü

Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdən Rumıniya ilə sərhədə yaxın Çernovtsı şəhərinə köçürülüb.

Yenicag.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç deyib ki, qərar Ukrayna paytaxtının atəşə tutulması fonunda təhlükəsizlik tələbləri nəzərə alınaraq qəbul edilib.