Türkiyənin Üsküdar Universitetinin rektoru Nazifə Güngör, universitetin dossenti, Yeni Media kafedrasının müdiri Gül Esra Atalay, “European Culture Center” təşkilatının direktoru, Üsküdar Universitetinin doktorantı Könül Vəlibəyli Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Yenicag.az xəbər verir ki, qonaqları salamlayan MŞ sədri Rəşad Məcid bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin, media qurumlarının qarşılıqlı əməkdaşlıqlarının güclənməsinə təsir göstərməkdədir.
Bakıda olmağından məmnunluğunu ifadə edən N.Güngör rektoru olduğu Üsküdar Univeristetinin məqsəd və hədəflərindən bəhs edib. O, həmçinin qarşılıqlı əməkdaşlıq baxımından diqqətçəkən bir sıra məqamlara toxunub.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Şuranın İdarə Heyətinin üzvləri – “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Bayraqdar.info xəbər saytının rəhbəri Azər Həsrət, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Moderator.az xəbər portalının baş redaktoru Xəyalə Rəis, Azxeber.com xəbər saytının baş redaktoru Hacıbəy Heydərli, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə iştirak ediblər.