Ukrayna prezidenti Volodimir Zelenski ölkənin şimalındakı Çerniqov vilayətinə səfəri zamanı Rusiyanın həyata keçirdiyi “Xüsusi Hərbi Əməliyyat” fonunda Türkiyənin vasitəçilik addımlarına toxunub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o vaxta qədər Ukraynaya göstərdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edən Zelenski Türkiyənin hərbi əməliyyatların dayandırılması istiqamətində atdığı addımları qeyri-kafi hesab edib.
“Türkiyənin vasitəçiliyi bizim üçün kifayət deyil”, – Zelenski qeyd edib.
O, bu cür vasitəçilik addımları ilə yanaşı, Türkiyə ilə Rusiya arasında mövcud münasibətlərə də diqqət çəkərək, onları güclü əlaqələr kimi qiymətləndirib./unikal