Türkiyənin Vitse-prezidenti Fuad Oqtay Azərbaycana gəlib.
Yenicag.az verir ki, bu barədə o, “Twitter“ hesabında paylaşım edib.
“Türkiyə və Azərbaycanın Birgə Hökumət İqtisadi Komissiyasının 10-cu Dövr Toplantısını keçirmək və hər sahədə əlaqələrimizi gücləndirmək üçün Azərbaycandayıq”, – Fuad Oqtay sosial şəbəkə hesabında qeyd edib.