Türkiyənin vitse-prezidenti Azərbaycana təşəkkür məktubu ünvanladı

Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.