Türkiyənin xarici işlər naziri Azərbaycana gəlir

3acba6a2c353bcc57272cbd64e7b97d7Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu sentyabrın 15-16-da Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində F. Sinirlioğlunun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirəcəyi görüşdə iki ölkə arasında gündəmə dair məsələlər, regionda və dünyada baş verən hadisələr, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə olacaq.

Türkiyə XİN başçısının prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşü də nəzərdə tutulur.