Türkiyənin xüsusi təyinatlılar taboru Kosovoda yerləşdirilir

Türkiyə NATO-nun daha əvvəl tələb etdiyi xüsusi təyinatlılardan ibarət taboru Kosovoya yerləşdirməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 65-ci mexanikləşdirilmiş piyada briqadasının komando taboru Kosovoda yerləşdirilməyə başlanıb. Nazirlik buna səbəb kimi bölgədə vəziyyətin gərginləşməsini qeyd edib.