Türkiyənin yeni döyüş təyyarəsi KAAN-ın ilk uçuşu yunanları heyrətləndirib.
Yenicag.az xəbər verir ki, Türkiyənin 5-ci nəsil qırıcısı KAAN-ın ilk uçuşundan sonra Yunanıstanın milli müdafiə naziri Nikos Dendias münasibət bildirib. Nair “Türkiyə silahlarının yaratdığı təhlükədən” danışıb.
“Siz türk silahlarının vətənimiz üçün yaratdığı təhlükəni başa düşürsünüz.
Biz əvvəllər ikinci, daha müasir türk təyyarə daşıyıcısının tikintisini qeyd etmişik. Və əsas sual ola bilər ki, bu gəmi niyə tikilir?
Türkiyə nə dənizdə, nə də havada əsas mövqelərini dəyişib. Və gəmi tikintisi proqramını davam etdirir.
Egey dənizinin o tayında olan biz bu strategiyadan hansı nəticəni çıxarmalıyıq.
Biz bu çağırışlara cavab vermək üçün ordunu yenidən qurmalıyıq”, – Dendias bildirib.
Xuraman Etibarlı