Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyənin yeni müxalifəti: Gül-Akşener birliyinə daha kimlər qoşulacaq?

Türkiyədə 2019-cu ildə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana əsas rəqib qismində yeni müxalifət koalisiyasının qurulacağı bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hakim AKP-nin İstanbul millət vəkili Metin Külünk ölkə müxalifətinin 2019-cu il prezident seçkilərində Ərdoğana qarşı çıxaracağı namizədin mümkün obrazını cızıb:

“Müxalifət prezident seçkilərində müəyyənləşdirəcəyi namizədin obraz olaraq Ərdoğana bənzəyən, lakin tam fərqli düşüncəyə malik bir nəfərin müəyyənləşdirilməsi üçün hazırlıqlara başlayıb”.

Fikrini davam etdirən Külünk Türkiyə müxalifəti daxilindəki yeni konfiqurasiyasını belə dəyərləndirib:

“- CHP-də lider dəyişikliyinin olacağını gözləyirsiniz?

– 40 ilin aldanmışından bir şey olmaz. CHP son istifadə tarixi yetişən, tarixi çöküşdə olan bir partiyadır. Türkiyədə yeni müxalifət formalaşacaq. O müxalifəti 2019-cu ilə hazırlayırlar.

– Kim hazırlayır?

– 15 iyulu kim təşkil etdisə, işğal cəhdini kim qanuniləşdirməyə çalışırsa, kim referendumdan əlində qazan-tava eyni havanı çalırsa, kim öz casuslarını QHT-çi, jurnalist, siyasətçi adı altında bu ölkəyə yerləşdirirsə, kim bu ölkəni daxildən sarsıtmaq üçün addım atırsa, yeni müxalifəti də o qüvvə formalaşdırır. 2019-cu ildə Ərdoğanın qarşısına o qüvvə çıxacaq. Yeni müxalifəti obraz olaraq Ərdoğana bənzəyən, lakin tam fərqli düşüncəyə malik bir nəfərin üzərində formalaşdırmağa cəhd edirlər.

– Ad çəkə bilərsiniz?

– Adları konkretləşdirməyəcəm. Bəzilərinin 100 min imza toplamaq üçün indidən müzakirəyə başladıqlarını bilirəm.

– O şəxs indi fəal siyasətdədir?

– Bəli. Amma adı hələlik gizli qalsın. Bu an qarşımızda dayanan əsas məsələ prezidentimizin qurucusu olduğu partiyaya qayıdıb, təkrar sədrliyə keçməsidir”.

Metin Külünk hakim partiyanın təmsilçisi və prezident Ərdoğanın köhnə dostu olduğundan, ilk baxışda onun bu fikirlərini siyasi təəssübkeşlikdən doğan yanaşma kimi qiymətləndirmək mümkündür. Bununla belə, Külünkün Türkiyədə yeni müxalifətin formalaşdırılmasına yönələn cəhdlərlə bağlı söylədiklərinin kifayət qədər əsaslı olduğunu təsdiqləyən məqamlar az deyil.

Hər halda, müxalifətin 2019-cu il seçkilərində Ərdoğanın qarşısına çıxaracağı əsas siyasi fiqur qismində keçmiş prezident Abdullah Gülün adının davamlı hallanması təsadüfi deyil. Gülün 16 aprel referendumundan əvvəl “Xeyr” cəbhəsində yer alması və ailə üzvlərinin də Konstitusiya dəyişikliklərinin əleyhinə səs verməsi onun Türkiyənin narazı elektoratının liderliyinə iddiasının göstəricisi hesab oluna bilər. “Xeyr” cəbhəsinin referendumda təqribən 48 faiz səs toplaması isə Gülün AKP iqtidarı əleyhdarlarının lideri olmaq iddiasını daha da gücləndirib. Qeyd olunduğu kimi referendumda 48 faizlik nəticə göstərmiş “Xeyr” cəbhəsi ölkənin ümumi seçici kütləsinin təqribən yarısını təşkil edir və Gül bu qüvvənin monolitliyi pozulmadan sistemli şəkildə təşkilatlandırılmasının zəruriliyini aydın dərk edir.

Ancaq hələ ki meydanda müstəqil siyasi fiqur statusunda olan Gülə bu işdə əlavə dəstəyin veriləcəyi çox real görünür. Bu sırada ilk növbədə referendumda AKP ilə eyni cəbhədə qərarlaşan Milliyyətçi Hərəkat Partiyasından (MHP) faktik surətdə ayrılmış ambisioz Meral Akşenerin adı çəkilir. Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) bu prosesdə iştirakı hələlik mümkün görünməsə də, sol siyasi düşərgədən Gül-Akşener birliyinə dəstək verəcək çevrələrin olacağı heç də istisna deyil. Eyni zamanda, Türkiyənin siyasi iqtidarı ilə ciddi problemləri olan Qərb mərkəzlərinin də Ərdoğana qarşı güclü müxalifətin formalaşdırılmasına bacardığı qədər yardım göstərəcəyi şübhə doğurmur.

Yuxarıda qeyd olunduğu kimi yeni müxalifətin “Ərdoğan obrazında olan, lakin fərqli düşüncəyə malik siyasətçi” prinsipi üzərində formalaşdırılması fikrinə ən uyğun gələn siyasi tip məhz Güldür. İddialı Akşenerin də böyük siyasətdə ayağını yerə bərk basmaq üçün Gülün yanında yer alması çox gözləniləndir. Bu istiqamətdə hələlik pərdə arxasında başlanan prosesin üzə çıxması ilə haqqında danışılan Gül-Akşener mümkün birliyinin real gücə çevrilib-çevrilməyəcəyinə böyük mənada aydınlıq gələcək.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

310