Türkiyənin yeni səfiri Azərbaycana gəlir – FOTO / VİDEO

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcı Bakıya gəlir.

Yenicag.az xəbər verir ki, bu barədə səfir öz “Twitter” səhifəsində yazıb.

O bildirib: “Yeni vəzifə üçün səfərdəyik. Allah görəcəyimiz bütün işləri düzgünlüklə görməyi nəsib etsin, gücümüzü artırsın və köməyimiz olsun”.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb.