Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.
Qeyd edək ki, daha əvvəl bu müddət 30 gün təşkil edirdi.