Türkiyəyə göndərilən daha bir qazimiz sağalaraq ölkəyə qayıtdı

Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz Həsrət Quliyev Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb.

Bu barədə Yenicag.az-a “YAŞAT” Fondundan məlumat verilib.

Qeyd edək ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.