Türkiyəyə iki fərqli bölgədən şəhid xəbəri: Antiterror əməliyyatları davam etdirilir

Türkiyə antiterror əməliyyatlarında iki şəhid verib. 

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bitlis bölgəsində PKK qruplaşması üzvləri mülki avtomobilə raket atəşi ilə hücum edib.

Hadisə nəticəsində avtomobildə olan zabit həlak olub. Bir nəfər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri “Pençe” hərəkatı daha bir əsgər şəhid verib. Əsgər PKK terrorçuları silahlı toqquşma zamanı şəhid olduğu bildirilib.