Türkiyəyə İtaliya xəyanəti: Əyalət parlamenti erməni soyqırımını tanıdı

İtaliyanın Latsio əyalətinin parlamenti qondarma erməni soyqırımını tanıyan qətnaməni yekdilliklə qəbul edib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Romadakı erməni icmasından “Ayern aysor” nəşrinə bildirilib.

Qeyd olunur ki, bununla da Latsio İtaliyanın “erməni soyqırımı”nı tanıyan sayca 136-cı əyaləti olub.