Türkiyəyə köçən azərbaycanlı müğənni tanınmaz halda – FOTO

Türkiyədə yaşayan müğənni Samir Piriyev Bakıya gəlib. Film təqdimatlarından birinə qatılan müğənni görünüşü ilə hamını təəccübləndirib. Xeyli arıqlayan Samiri az qala dostları belə tanımayıb.

Yenicag.az-a açıqlama verən müğənni yeni imicinə belə aydınlıq gətirib:

«Həm arıqlamışam, həm də saqqal saxlayıram, çünki dərd çəkirəm».

Qeyd edək ki, yaxın dostu və həmkarı Niyam Səlami ilə Türkiyədə restoran biznesinə başlayan müğənni demək olar ki, Azərbaycan şou-biznesindən uzaqlaşıb:

«Ailəm, evim-eşiyim Bakıdadır. Sadəcə olaraq, işimlə bağlı qardaş ölkədəyəm. Orda toylara da gedirəm.

Cəvahir

COP29