Türkiyəyə məşhur mükafatı qazandırmışdı: Serialın 2-ci mövsüm çəkilişləri başladı

Türkiyəda internet film platformasında yayımlanan “Şahsiyet” serialının ikinci mövsüm çəkilişlərinə başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Birsən Altuntaş məlumat yayıb.

O qeyd edib ki, serialın yayım hüquqları başqa platforma tərəfindən satın alınıb və ikinci mövsüm çalışmalarına start verilib.

Qeyd edək ki, serialın baş rol ifaçısı Haluk Bilginər canlandırdığı Agah Beyoğlu obrazı ilə “Emmy” mükafatlarında “Ən yaxşı kişi aktyor” adına sahib olub.