!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə müalicəyə göndərilən qazi vəfat etdi - FOTO

!Reklam – Yazi

Vətən müharibəsi qazisi Yaqub Qəhrəmanlı vəfat edib.

Yenicag.az xəbər verir ki, Y.Qəhrəmanlı “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilmişdi.

Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalmışdı. İyulun 5-də Türkiyəyə aparılıb, orada əməliyyat ediblər, amma qəlpəni çıxarmaq mümkün olmayıb. Başına plastik qapaq qoyublar.

İyulun 9-da xəstəxananın yataqxanasından çıxarıb masaja aparmaq istəyəndə halı pisləşib, xəstəxanaya çatdırıblar, amma komaya düşüb. Bu gün isə qazimiz vəfat edib.

Qeyd edək ki, Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“Azəriqaz”ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.

www.yenicag.az

1056
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv