!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəyə müalicəyə göndərilən Rasim Balayev: “Medianın gücünü gördüm”

!Reklam – Yazi

Xalq artisti Rasim Balayev sabah müalicə olunmaq üçün Türkiyəyə yola düşür. Bu barədə xəbəri report-az saytı yayıb.

Yola düşməzdən öncə təəssüratlarını Yenicag.az-la bölüşən xalq artisti problemini ictimailəşdirdiyi üçün saytımıza minnətdarlığını bildirdi:

“Hərçənd bu sözlərimə görə bəzi insanlar məni qınadı, amma bir daha özümə qarşı böyük sevginin şahidi oldum. Hamı zəng edib, narahatlığını bildirir. Hökumətdən reaksiya gəldi, dövlətim məni müalicə olunmaq üçün Türkiyəyə göndərir. Sağ olsunlar. Yenicag.az-a da minnətdarlığımı bildirirəm ki, problemimi ictimailəşdirdi və belə güclü reaksiya gəldi. Mən sizin timsalınızda medianın gücünü gördüm. İnşallah, sağalım qayıdım. Ondan sonra bir arzum qalacaq: yeni filmlərə çəkilmək…”.

Qeyd edək ki, xalq artisti Rasim Balayev noyabrın 11-də Yenicag.az-a müsahibə verib. Aktyor müsahibəsində dərmana pul çatdıra bilmədiyini deyib. Millət vəkili Zeynəb Xanlarova da Mili Məclisdə problemlə bağlı məsələ qaldırıb.

Cəvahir

www.yenicag.az

4290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv