!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

!Reklam – Yazi

Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.

Yenicag.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında 1 Azərbaycan vətəndaşı da var.

Azərbaycan vətəndaşı 3 Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. (APA)

www.yenicag.az

2523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv