Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəyə qarşı FETÖ-Daşnak ittifaqı: Gülən yeni provakasiya hazırlayır

FETÖ terror şəbəkəsinin təmsilçiləri ermənilərlə cinayətkar sövdələşməyə gediblər.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ ideoloqları “erməni işi” ilə bağlı çirkin kampaniyaya başlayıblar.

Şahidlərin bildirdiyinə görə, gülənçilər son zamanlar ABŞ və Avropadakı tanınmış daşnaklarla müntəzəm görüşərək, onlarla Türkiyəyə qarşı yeni informasiya müharibəsinə başlamaq məsələsini müzakirə edirlər.

Vaşinqtondakı türkiyəli jurnalistləri bu barədə məlumatlandıran mənbələr qeyd ediblər ki, ABŞ-ın erməni diasporunun rəhbərləri Gülənin Pensilvaniyadakı iqamətgahını gizli ziyarət ediblər:

“FETÖ Türkiyəyə qarşı yeni provakasiya hazırlayır. Bu dəfə Gülənin əsas “silah”ı ermənilər olacaq”.

Xatırladaq ki, bir müddət əvvəl Gülənin 1965-ci ildə erməni katolikosuna yazdığı məktubda “erməni soyqırımı” ifadəsini işlətdiyi üzə çıxmışdı:

“1915-ci ildə Osmanlı İmperiyasında erməni xalqına qarşı törədilmiş soyqırımı unutmaq mümkün deyil. Bununla bağlı sizə başsağlığı verirəm və o hadisələr zamanı həlak olanları kədərlə anıram”.

Yenicag.Az

www.yenicag.az

1626
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100