!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə qarşı “karbon” ayrı-seçkiliyi: Yunanıstan üçün 8,5, Türkiyə üçün 29,5 avro rüsum

!Reklam – Yazi

İsveç hökuməti hava nəqliyyatından istifadə zamanı atmosferə buraxılan karbon qazının həcminin azaldılmasına yönələn “Ekstra hava limanı vergisi” layihəsini parlamentə göndərib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, layihəyə əsasən, Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət zamanı adambaşına 8,5 avro vergi tutulacağı halda, Türkiyə vətəndaşları üçün bu məbləğ 29,5 avro məbləğində müəyyən edilib.

Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri sırasında 2012-ci ildən gündəmə gətirdiyi “karbon vergisi” İttifaq ölkələrinin etirazı üzündən uzun müddətdir, tətbiq olunmurdu. Bununla belə, İsveç hökuməti bu məsələnin öz həllini tapması üçün qanun layihəsi hazırlayaraq, ölkə parlamentinə göndərib. Martda parlamentin müzakirəsinə çıxarılacaq layihədə Aİ ölkənin vətəndaşları üçün 8,5 avro, Türkiyə vətəndaşları üçünsə 29,5 avro vergi ödənməsi nəzərdə tutulub. Qəbul ediləcəyi təqdirdə 2018-ci ildə qüvvəyə minəcək həmin qanunun aviaşirkətlərə əlavə gəlir gətirəcəyi vurğulanıb.

İsveç hökumətinin bu təşəbbüsünü kəskin tənqid edən Türkiyənin DETUR şirkətinin rəhbəri Firuz Bağlıkaya bunu ölkəyə qarşı məntiqsiz ayrı-seçkilik kimi qiymətləndirib:

“Yunanıstan və İspaniyanın da üzvü olduğu Avropa İttifaqı ölkələri üçün 8,5 avro məbləğində vergi nəzərdə tutulub. Aİ üzvü olmayan və Stokholmdakı “Arlanda” hava limanından 6 min kilometr məsafədə olan ölkələr üçün 29,5 avro vergi nəzərdə tutulub. Bu kateqoriyaya Türkiyə və Misir kimi ölkələr daxildir. Üçüncü kateqoriyaya isə həmin hava limanından 6 min km. uzaqlıqda yerləşən ölkələr aiddir – onlar 45 avro ödəməli olacaqlar.

Ancaq təyyarələrin havaya buraxdıqları karbon qazı həcminin siyasi sərhədlərlə nə əlaqəsi var? Bir təyyarənin Aİ ölkələrinə uçarkən, havanı daha az çirkləndirdiyini kim iddia edə bilər ki? Ona görə də bu vergi məbləğinin uçuş məsafəsi və müddətinə əsasən, müəyyən edilməsi lazımdır. Təsəvvür edin, Stokholmdan Yunanıstanın Girit Hava limanına qədər olan məsafə 2 min 714 kilometr, Türkiyənin Dalaman Hava limanına qədər məsafə isə 2 min 673 kilometrdir. Yəni Dalamana uçuş məsafəsi və havaya buraxdığı karbon qazının həcmi daha azdır. Ancaq buna baxmayaraq, Giritə gedən turist 8,5 avro, Dalamana gedən turist isə 29,5 avro vergi ödəməli olacaq”.

Yeniçağ.Az

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv