Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərinin raket atəşinə tutulması nəticəsində 5 aylıq hamilə qadın ağır şəkildə yaralanıb.
Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
Soylu raket hücumunda 5 aylıq hamilə qadının ölüm xəbərini aldıqlarını, lakin daha sonra yaşadığının ortaya çıxdığını qeyd edib.
Nazir həkimlərin qadınla körpəsini yaşatmağa cəhd etdiklərini bildirib.