!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə SADƏLƏŞƏN SƏFƏR: “Bütün sahələrdə ikitərəfli əməkdaşlığa təkan verəcək” – Ekspertdən PROQNOZ

!Reklam – Yazi

“Azərbaycanla Türkiyə arasında gediş-gəlişin şəxsiyyət vəsiqəsi ilə olması turizmin inkişafına yol aça bilər”.

Bunu aprelin 1-dən etibarən, Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməsi ilə bağlı yeniliyin iki ölkə arasındakı turizm və iqtisadi əlaqələrə mümkün təsirlərinə münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Mütəxəssisin sözlərinə görə, qəbul olunan qərar artıq Türkiyəyə inteqrasiya etdiyimizi göstərir:

“Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməsi ilə bağlı verilən qərar çox müsbətdir. Bu yeniliyin turizm sahəsinə pozitiv təsiri üçün hər iki ölkə tərəfindən münbit şərait yaradılmalıdır.

Məsələn, türkiyəli turist Marmarisdə əldə etdiyi ucuz və keyfiyyətli xidməti Azərbaycanın Nabran, Astara və ya Qəbələ zonalarında əldə edəcəksə, bu zaman ölkəyə turist axını arta bilər.

Xüsusən də şəxsiyyət vəsiqəsilə rahat səfərin mümkünlüyü bu marağı daha da artıracaq. Bundan başqa, gələcəkdə uçuş tariflərində də dəyişikliyin olub-olmaması sual doğurur. Çünki hər kəs sərfəli və keyfiyyətli istirahətə üstünlük verir. Turizmin inkişafı iqtisadi əməkdaşlıqla yanaşı, ölkənin iqtisadi inkişafına da öz töhfəsini verəcək.

Düzdür, Azərbaycanda kifayət qədər türkiyəli investorlar var. Eyni zamanda, azərbaycanlı iş adamlarının Türkiyəyə yatırımı yüksək səviyyədədir. Turizm əlaqələrinin inkişaf etdirilməsi də bu sahələrə müsbət təsir göstərəcək”

Gülşən Şərif

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv