Türkiyəyə stasionar generatorlar göndərildi

Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib.

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.